07 mart 2016 15:50
105

88 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu ilin yanvar-fevral aylarında 88 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.Görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 88 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2957 ailə yaşayır. 

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.