Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah” “Qarabağ”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, ağdamlıların matçın 44-cü dəqiqəsində Ozobiçin qolu ilə hesabı açıb. 51-ci dəqiqədə Zubir fərqi 2 topa çatdırıb. Görüşün 65-ci dəqiqəsində Aleksey İsayev hesab arasındakı fərqi azaldıb – 1-2.
Matçda əlavə qol vurulmayıb.
17 oktyabr (bazar)
18:45. “Sabah” 1–2 “Qarabağ”
Qol: Ozobiç, 44 (0:1), Zubir, 51 (0:2), Aleksey İsayev, 65 (1:2)
Qırmızı vərəqə: Xulio Sezar Rodriqez, 27 ("Sabah", birbaşa qırmızı vərəqə)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bank Respublika Arena”