18 oktyabr 2021 16:15
608

Uels millisinin qapıçısında xərçəng aşkarlanıb

Şotlandiyanın "Livinqston" klubunun qapıçısı Daniel Bardendə testikulyar xərçəng aşkar edilib.

“İki sahil” xəbər verir ki, 20 yaşlı qolkiper bu barədə "The Guardian"a açıqlamasında bildirib.

Uelsli oyunçu ailəsinin, dostlarının və komanda yoldaşlarının ona dəstək olduğunu söyləyib: "Xəstəliyin erkən mərhələdə aşkarlanması müsbət amildir. Mən optimistəm, buna qalib gələcəyimə əminəm".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsus olan Daniel Barden icarə əsasında Şotlandiya təmsilçisində oynayır. O, Uelsin U-21 yığmasının da şərəfini qoruyur.

Xatırladaq ki, daha əvvəl Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksa da xərçəng diaqnozu qoyulub.