19 oktyabr 2021 09:40
375

UEFA Gənclər Liqası: "Qəbələ" AZ-la cavab oyununa çıxacaq

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Qırmızı-qaralar" Niderlandda AZ komandası ilə üz-üzə gələcək.

Xorvatiyalı Dario Belin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdəki ilk görüşdə Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

UEFA Gənclər Liqası
Cavab oyunu
19:00. AZ (Niderland) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmar, "AZ Təlim-Məşq Mərkəzi”.

"Report"