19 oktyabr 2021 18:59
657

Rusiya komandası Bakıya tam heyətlə gələcək

Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Rusiya komandası heyətini açıqlayıb.

“İki sahil” Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Rusiya turnirdə həm qadınların, həm də kişilərin yarışında bütün çəki dərəclərində təmsil olunacaq. Belə ki, Bakıda keçiriləcək nüfuzlu yarışda iştirak etmək üçün 25 (13 kişi, 12 qadın) cüdoçu iştirakını təsdiqləyib.

Bakıya gələcək komandaların arasında ən güclü heyətlərdən biri də Rusiya komandası olacaq. Komandanın heyətində Abdula Abdulxəlilov, Yakub Şamilov, Maxmadbek Maxmadbekov, Ayub Xaznalıyev, Xasan Xalmurzayev, Tamerlan Başayev, Valentina Kostenko kimi “Böyük dəbilqə”, Qran-Pri turnirlərinin, dünya çempionatlarının mükafatçıları yer alıb.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 22 ölkədən 134 cüdoçu iştirakını təsdiqləyib.