07 mart 2016 23:44
1232

SOCAR rəhbərliyi 8 mart Beynəlxalq qadınlar günü münasibətilə qadınları təbrik edib

Martın 7-də SOCAR-ın Baş ofisində 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir kecirilmişdir.

Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Baş ofisdə çalışan xanımları və bütün neftçi qadınları bayram münasibəti ilə səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulamışdır. O, Azərbaycan qadınlarının ölkə iqtisadiyyatının inkişafında, xüsusilə neft-qaz sənayesində fəal iştirak etdiklərini, Azərbaycanın sosial-iqtisadi inkişafı prosesində əvəzsiz rol oynadıqlarını vurğulamış, qadınlarımızın cəmiyyətdə yüksək mövqeyə yüksəldiklərini söyləmişdir.

SOCAR Baş ofisin Həmkarlar Təşkilatının sədri, Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev cıxış edərək Şirkətdə qadın neftçilərin əməyinin yüksək qiymətləndirildiyini qeyd etmiş, onların əmək və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən söz açmışdır. Tədbirin sonunda Baş ofisin qadın əməkdaşlarına bayram münasibəti ilə gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuşdur.