19 oktyabr 2021 22:47
673

Qutunu açan polislər inanmadı... - VİDEO

Avstraliya polisi narkotacirlərə qarşı ölkə tarixinin ən böyük əməliyyatını keçirib.

“İki sahil” xəbər verir ki, Malaziyadan gələn gəmidəki qutuları açan polislər, 450 kiloqram heroin ələ keçirib.

Məlumata görə, asayiş keşikçiləri gəmidə belə külli miqdarda narkotik vasitə olacağını gözləməyib. Ələ keçirilən heroinin dəyəri 100 milyon dollardan çoxdur.

Qeyd edək ki, Avstraliyada ilk dəfədir bir dəfəyə belə böyük miqdarda heroin ələ keçirilir.