19 oktyabr 2021 23:07
856

Düşmənə dərs keçən müəllim - VİDEO

Ağstafada şəhid məktəb direktoru Emin İmaməliyevin rəhbəri olduğu Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə onun adına ucalan abidə kompleksinin açılışı olub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri,rayon sakinləri, təhsil işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər. Açılış mərasimində şəhidin iki azyaşlı oğul övladlarının müşayəti ilə abidənin önünə əklil qoyulub. Tədbirdə çıxış edənlər 31 yaşlı məktəb direktorunun vətən sevgisindən, müəllim peşəsini əziz bilib şərəf və vicdanla dərsləri tədris etdiyi kimi döyüşlərdə də eyni əqidə ilə düşmənə əzmkarlıq nümayiş etdirib. Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

"İki sahil" REAL TV-yə istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.