20 oktyabr 2021 01:37
418

Bu şəxs İlon Maskdan 6 milyard dollar istədi

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Bizli "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskdan dünyada aclıqla mübarizə üçün 6 milyard dollar vəsait istəyib.

“İki sahil” xəbər verir ki, o, öz "Twitter" səhifəsində müraciət ünvanlayıb.

Direktor bildirib ki, 2021-ci ildə dünyada 42 milyon insan aclıq həddində yaşayır: "COVID-19 qlobal böhranı ilə yaranan vəziyyətə reaksiya göstəməsək, bizi aclıq, ölkələrdə vəziyyətin destabilizasiyası və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə ötən gün 6 milyard dollar qazanmısınız. Bu vəsait fəlakətin qarşısını almaq üçün kifayət edir".

Qeyd edək ki, İ.Mask 243 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxsi hesab olunur.