22 oktyabr 2021 17:32
1226

“SOCAR Petroleum” "Rebuild Karabakh 2021" sərgisində - FOTO

“SOCAR Petroleum” QSC 20-22 oktyabr 2021-ci il tarixində Bakı Expo Mərkəzində keçirilən 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ("Rebuild Karabakh 2021") sərgisində iştirak edib.

“İki sahil” xəbər verir ki, sərginin əsas məqsədi Qarabağ bölgəsinin sürətli bərpasına töhfə vermək və bu məqsədlə müxtəlif ölkələrdən olan şirkətlərin unikal təcrübələrini və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi çərçivəsində Qarabağ bölgəsinin turizm potensialı, enerji potensialı, mədəni abidələrin bərpası və digər məsələlər müzakirə olunub.