22 oktyabr 2021 20:11
591

Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib

Bu gün Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin birinci ildönümünə həsr olunmuş konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək səviyyəli hərbi hazırlığın müharibədə köməyə gəldiyini bildirib, ordunun müasir texnika və silahlarla təchiz olunmasının əhəmiyyətini qeyd edib. Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdən söz açıb.

Konfransda Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov müharibə dövründə bu quruma verilmiş xüsusi tapşırıqlar barədə danışıb. Bir sıra əməliyyatlarda, o cümlədən düşmənin zenit-raket sistemlərinin aşkar edilərək sıradan çıxarılmasında sərhədçilərin xidmətlərini, həmçinin düşmənin 290 hərbi obyektini məhv etdiklərini qeyd edib. Vətənin ərazi bütövlüyü uğrunda, Zəfər naminə canlarından keçən igid sərhədçilərdən söz açıb.