22 oktyabr 2021 20:36
595

"Neftçi"nin legioneri "Zirə" ilə oyunu buraxacaq

"Neftçi" "Zirə"yə qarşı keçirəcəyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçının hazırlığını başa vurub.

“İki sahil” xəbər verir ki, birgünlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən "ağ-qaralar" "Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb.

"Qəbələ" ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, oktyabrın 23-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Zirə" qarşılaşması saat 18:15-də başlayacaq.