22 oktyabr 2021 23:26
625

Avtomobillərdən arxa güzgülər çıxarılacaq? - VİDEO/FOTO

"Tesla"nın "Cybertruck" pikapı çıxarıla bilən arxa görünüş güzgüləri ilə təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask "Twitter"də məlumat verib.

Belə ki, "Twitter" istifadəçisi @adamhoov Maskdan "Cybertruck" elektrik pikapının arxa görünüş güzgüləri barədə soruşub. Mask avtomobilin bu avadanlıqla təchiz ediləcəyini, ancaq bunu çıxarmağın mümkün olacağını bildirib. Beləliklə, Mask gələcək maşın istifadəçilərinə güzgülərdən imtinanı təklif edib.

Qeyd edək ki, 2019 -cu ildə ABŞ Yollarda Təhlükəsizliyə Nəzarət Dövlət Administrasiyası (NHTSA) gələcəkdə arxa görünüş güzgüləri barədə qaydalarda dəyişiklik ola biləcəyini elan etmişdi. Bu perspektivdə avadanlığın funksiyasının kameralar tərəfindən yerinə yetirilə bilməsi ilə əlaqələndirilmişdi.

Yeri gəlmişkən bildirək ki, "Tesla" elektrikli pikap barədə anonsu zamanı avtomobili müvafiq element olmadan təqdim edib.