 
                    "Bildiyiniz kimi Vətən müharibəsi dövründə qardaş Türkiyənin media nümayəndələrinin bizə dəstəyi, danılmaz əməyi sayəsində gerçəkliklərimizə nail olduq. Beləliklə qərara alındı ki, bu əməkdaşlıq daha da davam etsin və Türkiyə ilə Azərbaycan arasında media platforması çərçivəsində əməli tədbirlərin həyata keçirilməsi təmin olunsun".
“İki sahil” xəbər verir ki, bu fikirləri açıqlamasında, həmin ölkədə təşkil olunan Türk Şurasının Mediaforumunda iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.
O qeyd edib ki, artıq ortaq media platformasının təşkil olunması məqsədilə işçi qrupun hazırlanması ilə bağlı müzakirələr gedir: "Media platformasında məlumat və təcrübə mübadiləsinin aparılması, mətbuat sahəsində peşəkarlığın artırılması nəzərdə tutulub. Həmçinin istər sosial şəbəkələrdə, istərsə də peşəkar media sferasında dünya ictimaiyyətinə gerçəkliklərimizin birgə, vahid media platforması vasitəsilə çatdırılmasının təmin edilməsinə istiqamətlənib".
"Media haqqında qanun"la bağlı jurnalistlərin suallarını cavablandıran Ə.İsmayılov vurğulayıb ki, qanunun müzakirəsi artıq işçi qruplar səviyyəsində yekunlaşıb: "Media haqqında qanun”a ümumi yanaşma bundan ibarətdir ki, mətbuat sahəsində ölkəmizdə sistemli yanaşmanın tətbiq olunması, media reyestrinin yaradılması və ümumiyyətlə bu sahənin subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin olması ilə əlaqədar təkliflərimiz olacaq və qanun layihəsinin özündə də buna imkan verən normalar nəzərdə tutulub". (Report)
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb