23 oktyabr 2021 22:18
1005

Energetika Nazirliyi və “Equinor” əməkdaşlığı genişləndirmək istəyir

Energetika naziri Pərviz Şahbazov “Equinor” şirkətinin Rusiya və Azərbaycan üzrə baş vitse-prezidenti, Rusiya üzrə rəhbər Tore Losetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, görüşdə şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

“Equinor” şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edilib, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ neft yatağının işlənməsi üzrə uğurlu əməkdaşlıq təqdir edilib. Şirkətin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Formalaşmış uğurlu əməkdaşlığın bərpa olunan enerji sahəsində, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialının reallaşdırılması istiqamətində genişləndirilməsinin mümkünlüyü qeyd edilib. Şirkətlə təcrübə və məlumat mübadiləsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi razılaşdırılıb.