24 oktyabr 2021 21:50
824

El Klasiko: "Real Madrid" "Kamp Nou"dan 3 xalla ayrıldı

İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real Madrid" komandaları arasında keçirilib.

"Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero "Barselona"nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir.

"Report"