25 oktyabr 2021 11:51
1185

“Ey Vətən” mahnısı birinci pilləyə yüksəldi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda dinlədikləri “Ey Vətən” mahnısı “iTunes”un Azərbaycan seqmentində birinci pilləyə yüksəlib.

“İki sahil” xəbər verir ki,  "Ey Vətən" bir çox dünya ulduzları, həmçinin yerli ifaçıların mahnılarını geridə qoyub. 

Qeyd edək ki, mahnınının musiqisi Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovaya, sözləri isə şair Dəmir Gədəbəyliyə məxsudur. "Ey Vətən"i müğənni İlhamə Qasımova ifa edir.