25 oktyabr 2021 14:10
938

Çin filmi bu il ən çox gəlir gətirən ekran işi olub

Çinin "Çangjin gölü yaxınlığına döyüş" müharibə dramı bu il dünyanın ən çox gəlir gətirən filmi olub.

“İki sahil” xəbər verir ki, sentyabrın sonunda ekranlara çıxan film 828,1 milyon dollar qazanıb.

Filmin gəlirlərinin çox hissəsi əsasən, Çində nümayişindən əldə olunub.

Çen Kayke, Tsui Xark və Dante Lam tərəfindən yaradılan film, 1950-ci ildə Koreya müharibəsi zamanı baş verən bir döyüşdən bəhs edir.

"Çangjin gölü yaxınlığına döyüş" filminin yeganə rəqibi isə yenə də Çində istehsal edilmiş “Salam, ana” komediyası olub. Fevralda premyerası keçirilən film 821 milyon dollar qazanıb.

Pandemiya başlayandan bu yana ən gəlirli Amerika filmi isə “Forsaj 9” olub. Martda ekranlara çıxan döyüş filmi ABŞ və dünyada 716 milyon dollar qazanc əldə edib.