25 oktyabr 2021 20:00
942

UNEC-də əcnəbi tələbələrlə görüş

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı əcnəbi tələbələrlə görüşüb.

“İki sahil” xəbər verir ki,  UNEC-dən bildirilib ki, prorektor əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb, UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Həmçinin əcnəbi tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanıb. UNEC-də əcnəbi tələbə klubunun fəaliyyət göstərdiyini diqqətə çatdıran N.Muradlı, tələbələrə universitetin ictimai və sosial həyatında fəal olmağı tövsiyə edib.

Qeyd edək ki, 2021/2022-ci tədris ilində UNEC-ə ABŞ, Rusiya, Şri-Lanka, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Antiqua və Barbuda, Bəhreyn, Əfqanıstan, İran, Liviya, Özbəkistan, Pakistan və Qazaxıstandan 87 əcnəbi tələbə qəbul olub. Onlardan 78-i bakalavriat, 9-u isə magistratura üzrə təhsil alır. Ümumilikdə isə UNEC-də 319 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı 15 nəfərdir.