25 oktyabr 2021 20:31
762

Putin Nataliya Oreyroya vətəndaşlıq verdi FOTO

Rusiya Prezidenti Vladimir Putin uruqvaylı aktrisa və müğənni Nataliya Oreyroya vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki,  rəsmi saytda dərc olunmuş sərəncamda deyilir: 

“1977-ci ilin 19 mayında Uruqvayda anadan olmuş Oreyro İqlesias Nataliya Marislə 2012-ci ilin 16 yanvarında Argentinada anadan olmuş oğlu Merlin Ataualpa Rusiya vətəndaşlığına qəbul edilsin”. 

Qeyd edək ki, daha əvvəl latın amerikalı aktrisa bildirib ki, Rusiyada yaşamağı planlaşdırmasa da, rus pərəstişkarlarının sevgisinə təşəkkür əlaməti olaraq bu ölkənin vətəndaşlığını almaq istəyir.