03 noyabr 2021 23:48
887

"Rıza baba" 12 ildən sonra gedir

12 ildir Türkiyədə yayımlanan "Arka Sokaklar" serialının heyətində dəyişiklik edilib. 

“İki sahil” xəbər verir ki, ekran işinin Rıza babası Zafer Ergin serialdan ayrılır. Aktyorun maddi səbəblərdən bu addımı atdığı bildirilib.

Qeyd edək ki, bir müddətdir ekran işinin çəkilişlərində problem yaranıb. Yeni mövsüm start götürəndən bu yana maaş ala bilməyən işçilər çəkiliş meydançasına getməmək qərarı alıb.