25 noyabr 2021 13:42
334

Avropada təbii qaz ucuzlaşır

Bu gün keçirilən hərraclarda Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 030-1 080 ABŞ dolları civarında dəyişir.

"İki sahil"in məlumatına görə, 25 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti hərracların açılışında 1 083,7 dollar olub, lakin sonra enməyə başlayıb. Son göstəricilərə əsasən, dekabr fyuçerslırinin qiyməti 1 029,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,4% azdır.

Məlumata görə, qeyd olunan dinamika yanvar və fevral fyuçerslərinin qiymətində də müşahidə olunur. Belə ki, yanvar fyuçerslərinin qiyməti 5,4% azalaraq 1 035,5 dollar, fevral fyuçerslərin isə qiyməti 5,6% enərək 1 031,4 dollar təşkil edib.

Qeyd edək ki, bu həftə içi qaz fyuçerlərin qiyməti həftə ərzində artmağa davam edir. Fyuçerslərin hesablama qiyməti bazar ertəsi günündən bəri 12% artaraq təxminən 1 090 dollaradək yüksəlib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.