25 noyabr 2021 15:00
361

Teymur Rəcəbovun nişanlısı...

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 

Bu xəbərdən sonra həm qızın, həm də Xalq artistinin kimliyi maraq doğurub.

“İki sahil” xəbər verir ki,  Maksakova sülaləsinin nümayəndəsi olan 22 yaşlı Annanın babası SSRİ-nin ABŞ-dakı əfsanəvi səfiri Anatoli Dobrınin, qardaşı biznes-konsultant Pyotr Maksakovdur.

A.Maksakova 2016-cı ildə verdiyi müsahibəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığını deyib. 2016-cı ildə “Tatler” nəşrinin debütantlarından biri olub.

Teatrı çox sevir, ən sevimli tamaşası nənəsinin oynadığı “Pristan”dır. Ən sevimli şəhəri Nyu-Yorkdur: “Çalışıram hər tətilimi Nyu-Yorkda keçirim. Onun ritmini və sakinlərinin mentalitetini sevirəm”. 

Xalq artisti Lyudmila Maksakova 1940-cı il sentyabrın 26-da Bolşoy Teatrın baritonu Aleksandr Volkov və Böyük Teatrın solisti Mariya Petrovna Maksakovanın ailəsində doğulub. 1961-ci ildə L. Maksakova B.V.Şukin adına Teatr Peşə Məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Vaxtanqov adına Teatrın truppasında qəbul olunub, həmin vaxtdan orada çalışır. 

1971-ci ildə “RSFSR Əməkdar artisti”, 1980-ci ildə “RSFSR Xalq artisti” fərxi adlarına layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyasının Dövlət mükafatı, 1996-cı ildə “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordeni, 2018-ci ildə “Vətən qarşısında xidmətlərinə görə” III dərəcəli ordeni, 2021-ci ildə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.