25 noyabr 2021 16:19
380

Şahmat turnirində qalib şagirdlərə YAP Gədəbəy rayon təşkilatı tərəfindən Fəxri fərmanlar təqdim edilib - FOTO

Noyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının təşəbbüsü ilə partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə Gədəbəy rayon Şahmat məktəbində müxtəlif yaş qrupları arasında keçirilən Şahmat turnirində 1-ci, 2-ci, 3-cü yerə laiq görülmüş şagirdlərə YAP Gədəbəy rayon təşkilatı tərəfindən Fəxri fərman təqdim edilib.