25 noyabr 2021 16:38
405

Masallıda “Erkən nikahlara qarşı bir olaq” mövzusunda maarifləndirici tədbir - FOTO

“Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin, Masallı Bioloji Təbabət klinikasının, Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi məqsədi ilə, “Erkən nikahlara qarşı bir olaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq tədbir iştrakçılarını salamlamış və mövzu ilə bağlı çıxış edərək erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu deyən S.Cahangirov vurğulayıb ki, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. O, qeyd edib ki, insanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxış edərək mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq vurğulayıb ki, dini baxımdan da erkən nikah halları yolverilməzdir.

Tədbirdə Masallı Bioloji Təbabət klinikasının baş həkimi Tural Xaspolad çıxış edərək erkən nikahı cəmiyyətin bəlası adlandıraraq, qeyd edib ki, fiziki sağlamlığı tam mənada formalaşmayan gənc qızların erkən nikahlara məcbur edilməsi gələcək ailə həyatında problemlərin yaranmasına, onların həm fiziki, həm də mənəvi cəhətdən zəifləməsinə gətirib çıxarır. Hər bir kəsin ailə qurmağa haqqı vardır, lakin insan fərd olaraq fizioloji və bioloji baxımdan tam inkişaf etməlidir.

Daha sonar tədbirdə Masallı Bioloji Təbabət klinikasının klinik psixoloqu Nigar Pənalıyeva çıxış edərək erkən nikahın yaratdığı fəsadlar haqqında iştrakçılara geniş məlumat vermişdir.

Tədbirin sonunda gəncləri maraqlandıran sullar cavablandırılmışdır.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini