25 noyabr 2021 16:18
365

Bakı məktəblərində epidemioloji vəziyyət necədir?

Koronavirusla bağlı məsələ lokal şəkildə həll olunur.

“İki sahil” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, problem olan məktəblər və ya siniflər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə bağlanır. Məktəb və ya siniflər 14 gündən sonra, katantin rejimi bitəndə yenidən əyani tədrisə qaytarılır. Bu problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib.

M.Vəliyeva bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib.

"Bu, proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Mütəmadi olaraq harada problemlər varsa, diqqət o problemlərin həllinə yönəldilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər aparılır" deyə, o qeyd edib.