25 noyabr 2021 17:08
339

Hər gün gözəlləşən cənub mirvarisi Lənkəran - FOTO

Bütün dünyada  COVID-19-un  yaratdığı çətinliklərə baxmayaraq, həmişə olduğu kimi zəfər ili ərzində də cənub mirvarisi Lənkəran rayonunda  geniş miqyaslı  abadlıq və quruculuq işləri görülübdür. Hazırda da aparılan tədbirlərin sürəti  səngimir.  Payız-qış mövsümü olsa da, şəhərdə və  rayonun ayrı-ayrı yaşayış məntəqələrində tikinti-bərpa işləri, parkların, küçə və səkilərin təmiri  öz axarı ilə davam edir .

İndinin özündə şəhərin mərkəzində  sakinlərin piyada hərəkət və gəzinti üçün daha çox istifadə etdiyi Qala Xiyabanında yararsız  hala düşmüş  travet listlər sökülərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəz olunur. M. Ə. Rəsulzadə, Hacı Nəsir, H. Z. Tağıyev və T. Abdullayev küçələrində səkilərə isə beton plitələri  düzülür.  Həm də vətəndaşların arzu və istəkləri nəzərə alınaraq mənzil-məişət şəraitinin yaxşılaşması ilə bağlı təmir-bərpa işləri gedir. Bu məqsədlə şəhərdə Həzi Aslanov, Akademik Zərifə Əliyeva  küçələrində  78/7, 78/22, eləcə  Şəhidlər Xiyabanı 153 saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsləri, fasadları təmir olunaraq rənglənir, blok pəncərələr və çıxış qapıları yenisi ilə əvəz edilir.   Məsələnin əsas  tərəfi bir də odur ki,   aparılan  bütün bu işlər şəhər sakinlərini razı salır.

 Zəfər  Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü