25 noyabr 2021 16:37
307

Sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir

“Rusiyanın səmərəli vasitəçilik səyləri nəticəsində Ermənistan-Azərbaycan sərhədindəki gərginlik operativ şəkildə aradan qaldırılıb”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz sərhəddəki vəziyyəti diqqətlə izləməyə davam edirik. Hərbçilərimiz və əlbəttə ki, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar”, - Rusiya XİN rəsmisi qeyd edib.