25 noyabr 2021 17:06
336

İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib FOTO

Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviterdəki hesabında yazıb.

O qeyd edib ki, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.