Bəziləri ağzından alov püskürdü, bəziləri avtomobil dartdı.
Hindistanın Ludyana bölgəsində keçirilən kənd olimpiya oyunları ortaya maraqlı görüntülər çıxarıb. Peşəkar atletizmlə məşğul olmayan olimpiya iştirakçıları, öz bacarıqlarını fərqli yolla nümayiş etdirməyə çalışıb.
Hindistanda 60 ildən çoxdur davam etdirilən kəndli olimpiyası ənənəsinə maraq ildən ilə artır. Bu müsabiqədə iştirakçılar ya alov halqalarının içindən tullanaraq, ya od püskürərək, ya da hərəkətdə olan atın üstündə dik duraraq qalib adını qazanmağa çalışır. Bu siyahıya atlarla rəqs, dəvələr və traktorla sürət yarışını da əlavə etmək olar.
Hər nə qədər bu olimpiya oyunları kənd səviyyəsindən kənara çıxa bilməsə də, kəndlilər arasındakı mübarizəni izləmək üçün 1 milyondan çox turist Ludyanaya axın edir. Qeyri-adi çempionata yerli və xarici media da maraq göstərir.