28 noyabr 2021 03:14
749

"Arsenal" və "Liverpul"dan qələbə

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində “Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib – (2:0).

“İki sahil” xəbər verir ki, “Liverpul” bu turda “Sauthempton”un müqavimətini 4 cavabsız qolla qırıb.

“Kristal Pelas” evdə “Aston Villa”ya uduzub – (1-2). “Norviç Siti” – “Vulverhempton” və “Brayton” – “Lids” matçlarında isə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası 13-cü tur

27 noyabr

"Arsenal" 2–0 "Nyukasl"

Qollar: Saka, 56. Martinelli, 66.

 

"Kristal Pelas" 1–2 "Aston Villa"

Qollar: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

 

"Liverpul" 4–0 "Sauthempton"

Qollar: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

 

"Norviç Siti" 0–0 "Vulverhempton"

"Brayton" 0–0 "Lids"