28 noyabr 2021 09:01
752

Fransada havaya görə "narıncı" xəbərdarlıq edilib

Fransanın 11 departamentində kəskin hava şəraiti ilə əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Meteo France" milli meteorologiya xidməti tviterdə məlumat yayıb.

Xəbərdarlıq Fransanın Alp dağları və Pireneylərdə yerləşən departamentlərə aiddir.

Sinoptiklərin proqnozlarına görə, Pireney dağlarının qərbində 80 sm-ə qədər qar yağacaq, Alp dağlarında qar örtüyünün hündürlüyü 40 sm-ə qədər artacaq. Yaxın saatlarda qarın miqdarının artması gözlənilir.

Bazar günü isə meteoroloqlar buzun əmələ gəlməsinə səbəb olacaq yağış yağacağını proqnozlaşdırırlar. Bununla əlaqədar sürücülərə müəyyən olunmuş sürət həddinə və hava şəraiti ilə bağlı məlumatlara əməl etmələri tövsiyə olunur.