Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü İbiyeva Yaxşıxanım Əfsər qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.