28 noyabr 2021 09:50
568

Bitkoin "omikron" ştammı səbəbindən çökdü

Bitkoinin qiyməti noyabrın 27-də 53,55 min dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri ən aşağı göstəricidir.

Bitkoin digər aktivlərlə birlikdə kəskin şəkildə aşağı düşərək. Coin Metrics-in məlumatına görə, bitkoin cəmi 24 saat ərzində 8% ucuzlaşıb. Belə ki, kriptovalyuta bu ayın əvvəlində əldə edilən rekord həddən - 69 min dollardan 20% ucuzlaşıb.

Bundan əvvəl, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı haqqında məlumat verəndən sonra, qlobal birjalarda eniş müşahidə olunmağa başladı.