28 noyabr 2021 14:10
563

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Bu barədə "İki sahil"ə DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

E.Zahidov bildirib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.