30 noyabr 2021 03:15
486

Ölkədə internetin sürəti kəskin azaldılıb - Deputat

İranın İslam Şurası Məclisinin deputatı Zəbihullah Əzəmi ölkədə internetin sürətinin kəskin şəkildə azaldılmasını tənqid edərək, şagirdlərin buna görə bir sıra problemlərlə üzləşdiyini, habelə biznes mühitinin də zərər gördüyünü deyib.

“İki sahil” xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, Əzəmi noyabrın 28-də Məclisin ümumi iclasında ölkədə internetin sürətinin kəskin zəiflədilməsini tənqid edərək İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepura xitabən “ayağınızı telin üzərindən götürün” deyib.

O, biznes mühitinə də ziyan dəydiyini qeyd edib.