01 dekabr 2021 13:44
960

Aronyan rəsmən ABŞ təmsilçisi olub

Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.

“İki sahil” xəbər verir ki, 39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində ABŞ idmançısı kimi göstərilib.

Aronyanın FIDE-nin saytındakı məlumatları da dəyişdirilib.

Qeyd edək ki, Levon Aronyan ABŞ-a köçmək barədə qərarını daha əvvəl açıqlayıb. Təcrübəli qrossmeyster qərarını dövlətin şahmata diqqət ayırmaması ilə əlaqələndirib.