Silahdaşlarımızı itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ötən gün baş vermiş helikopter qəzasında şəhid olanlarla keçirilən vida mərasimi zamanı deyib.
"Vətən sağ olsun. Şəhidlərimizin yaxınlarına DSX-nin bütün şəxsi heyəti adından başsağlığı verirəm. Əmin ola bilərsiniz ki, onların vətənə göstərdiyi xidmətlər yaşadılaraq, gələcək nəsillərə ötürüləcək", - deyə DSX rəisi bildirib.