“Ukrayna NATO-nun kollektiv müdafiəsinə ümid olmamalıdır”.
“İki sahil” "RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Riqada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra söyləyib.
O, Ukraynanın yalnız NATO-dakı müttəfiqlərinin dəstəyinə arxalana biləcəyini, kollektiv müdafiə və təhlükəsizlik təminatının Ukraynaya şamil olunmayacağını qeyd edib.