01 dekabr 2021 19:35
953

Oqtay Gülalıyev vəfat edib? Ailəsi təkzib edib

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında xəbər yayılıb.

“İki sahil” xəbər verir ki,  ailəsi az sonra bu məlumatı təkzib edib.

Məlumatın yanlış olması barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev Feysbuk hesabında məlumat paylaşıb.

“Atam Oktay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, - T.Gülalıyev qeyd edib.

O, dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı çağırış edib.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib. Ötən gün O.Gülalıyevin səhhəti ağırlaşıb və yenidən xəstəxanaya yerləşdirilib.