02 dekabr 2021 16:25
615

Qəzanın detalları barədə ilk dəfə VİDEO

Qəzaya uğramazdan əvvəl helikopter II helikopterə eniş komandası verə bilib

“İki sahil” “Real TV”yə istinadən xəbər verir ki, noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirən DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı ibtidai araşdırmaların ilkin nəticələri məlum olub.

"Mir Şahinin vaxt" verilişində hadisənin ilkin nəticələri ilə bağlı bildirilir ki, qəza baş verəndə helikopter yerə toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə dəyib.

Birinci çırpılmada bəzi hissələr – o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku- gövdədən ayrılaraq kənara düşüb. Ehtimal edilir ki, məhz bu ilk toqquşma nəticəsində təkan polkovnik – leytenant Emil Cəfərovu, kapitan Ramin Ədilovu helikopterin zərbə anında parşalanmış hissəsindən bayıra tullayıb. Nəticədə hər iki hərbçi həyat üçün xüsusi təhküləli olmayan xəsarətlər almaqla ölümdən qurtarıb.

Ardınca helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toxunuşdan sonra maşının gövdəsinin yerin üzərilə dartılaraq sürüşməsi ikinci təkana səbəb ola bilərdi. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axamağa başlayıb, ani qığılcımdan yanğın baş verib. Torpaq səthinə ikinci təçırpılmada baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.

Qəza necə baş verə bilərdi? Müəllif sujetdə bildirir ki, Ceyhun Əhmədxanovun şəhadətindən bir az əvvəl ilülminatordan çəkdiyi şəkildə ikinci helikopter də görünür. Bu helikopterin enişi üçün komanda məhz qəzaya uğrayan helikopterdən verilib və eniş baş tutyb. Bunun ardınca qəzaya uğrayan maşın eniş etməliymiş. Amma qəza qeydə alınıb.

Rəsmi məlumatıara görə, qara qutu normal vəziyyəydədir, burda olan məlumatlar da öyrəniləndən sonra, qısa zamanda hadisənin bütün səbəbləri barədə ətraflı məlumat veriləcək.