02 dekabr 2021 17:59
593

"Qalatasaray" yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalayıb

Türkiyə "Qalatasaray"ı futbolçusu Kerem Aktürkoğlu ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, 23 yaşlı yarımmüdafiə ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən oyunçu 2020-ci ildən İstanbul təmsilçisində çıxış edir.