02 dekabr 2021 18:40
671

İlin 10 ən yaxşı futbolçusu açıqlanıb SİYAHI

ESPN telekanalı 2021-ci ildə dünyanın ən yaxşı futbolçuları və məşqçilərindən ibarət “Top-100” dərc edib.

“İki sahil” xəbər verir ki, mövqelərinə uyğun nominasiyalarda birinci yeri tutanlardan ibarət “10-luq” formalaşdırılıb.

Kriştiano Ronaldo, Kilian Mbappe, Federiko Kyeza və Manuel Noyer kimi ulduzlar siyahıya düşməyib. Ümumilikdə 9 oyunçunun seçildiyi heyətdə “10-luğ”u bir baş məşqçi tamamlayıb.

Simvolik komanda aşağıdakı kimidir:

Qapıçı: Yan Oblak (“Atletiko”)
Mərkəz müdafiəçisi: Ruben Diaş (“Mançester Siti”)
Sol cinah müdafiəçisi: Endryu Robertson (“Liverpul”)
Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi (“İnter”/PSJ)
Dayaq yarımmüdafiəçisi: Nqolo Kante (“Çelsi”)
Pleymeyker: Kevin De Bruyne (“Mançester Siti”)
Vinger: Sadio Mane (“Liverpul”)
Hücumçu: Lionel Messi (“Barselona”/PSJ)
Mərkəz hücumçusu: Robert Levandovski (“Bavariya”)

Baş məşqçi: Tomas Tuxel (“Çelsi”)