02 dekabr 2021 18:48
781

Müharibədən əvvəl də Azərbaycan xalçaları Ermənistana aparılırdı

“Mədəniyyət Nazirliyi ilə birlikdə Ermənistanın azərbaycanlılara məxsus mədəni irsi mənimsəməsinə dair hesabat hazırlamışıq”.

“İki sahil” xəbər verir ki,  bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, Ermənistan İrəvandakı Azərbaycan məscidini İran məscidi kimi qələmə verir: “Şuşada da bir məscidi İran məscidi kimi təqdim edirdilər. Azərbaycan irsini, Türkiyə irsini dəyişdirməklə məşğul olublar. Müharibədən əvvəl də Azərbaycan xalçaları Ermənistana aparılırdı”.

F. Şəfiyev qeyd edib ki, 26 il ərzində Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri ilə həllini tapmadı.