02 dekabr 2021 23:29
449

Razı sal, 10 milyon qazan...

"Mançester Yunayted" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandla maraqlanır.

“İki sahil” xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ralf Ranqnik kluba norveçli hücumçunu transfer etməkdə kömək edə bilər. Bildirilib ki, alman mütəxəssis Haalandı "Mançester Yunayted"ə keçməyə razı salsa, 10 milyon avro mükafat alacaq.

Xatırladaq ki, 2019-cu ildə "Zalsburq" 21 yaşlı oyunçu ilə müqavilə imzalayan vaxt Ranqnik Avsriya klubunun idman direktoru idi. Ralfın qərarı əslində Haalandın karyerasında böyük rol oynayıb. Ona görə də alman və norveçlinin münasibətləri yaxşıdır.