02 dekabr 2021 19:54
505

Ermənilərin azad edilmiş ərazilərdə dağıtdığı abidələrin sayı açıqlanıb

Birinci Qarabağ Müharibəsindən (1988-1994) əvvəl Azərbaycanın Qarabağ bölgəsində 706 tarixi və mədəniyyət abidələri mövcud olub. Onlardan 11-i beynəlxalq (6-sı memarlıq, 5-i arxeoloji), 240-ı dövlət (119-u memarlıq, 121-i arxeoloji), 455-i yerli (393-ü memarlıq, 22-si arxeoloji, 23-ü parklar və xatirə abidələri, 17-si dekorativ sənət işləri) əhəmiyyət daşıyıb.

“İki sahil” xəbər verir ki, bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.

Dağlıq Qarabağın, ona bitişik rayonların, o cümlədən Ermənistanla sərhəddə yerləşən Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Ermənistan tərəfindən işğalı nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib.

Bu yaxınlara aparılmış hesablamalara əsasən, İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.