03 dekabr 2021 08:52
648

Yaponiya karantin tələblərini sərtləşdirir

Koronavirusun "omikron" ştamının yayılma təhlükəsi ilə əlaqədar Yaponiya hakimiyyəti tərəfindən Qana, İrlandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Kaliforniyadan gələnlər üçün xüsusi müəssisələrdə üç günlük karantin tətbiq edilməsi ilə əlaqədar qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, müvafiq tədbirlər dekabrın 4-dən qüvvəyə minəcək.

Noyabrın 29-da Yaponiya hakimiyyəti ölkəyə daxil olan insanların sayını gündə 3,5 min nəfərlə məhdudlaşdırmaq qərarına gəlib.