03 dekabr 2021 10:58
384

Sabiq icra başçısının müavini məhkəmədən bəraət istəyir

Gəncə Apellyasiya Məhkəməsində həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“İki sahil” xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə R.Tatarov ifadə verib.

O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin olunub.

Xatırladaq ki, mərhum icra başçısının hüquqi varisi onun qardaşı Cəlaləddin Quliyev tanınır.