03 dekabr 2021 11:40
739

Azadlığa buraxılan 60 yaşlı məhkumların sayı açıqlanıb

Amnistiya Aktı ilə azdlığa buraxılan 60 yaşlı məhkumların sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, noyabrın 5-dən dekabrın 1-dək 60 yaşlı 60 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.