05 dekabr 2021 23:55
1207

Yük maşını ilə təyyarə toqquşub - VİDEO

Almaniyada magistral yolda baş verən maraqlı qəzanı görənlər buna inanmaqda çətinlik çəkib.

“İki sahil” xəbər verir ki, Fransadan Almaniyaya uçan təkmühərrikli təyyarədə səfər zamanı nasaz olub.

Təyyarənin pilotu təcili eniş etmək üçün gözünü 100 metr hündürlükdəki magistral körpüyə enməyə çalışıb. Körpüyə enən təyyarə qarşı zolaqdan gələn yük maşını ilə toqquşub.

Hadisə nəticəsində pilot yüngül xəsarət alsa da, yük maşını sürücüsü xəsarətsiz xilas olub.